ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir


ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

 

Qeyd olunub ki, iyunun 5-də Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb.

 

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

 

Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.


OXŞAR XƏBƏRLƏR