Şamaxı və Xızıda yenidən zəlzələ oldu - YENİLƏNDİ


Şamaxı və Xızıda yenidən zəlzələ oldu - YENİLƏNDİ

Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

 

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.

 

Bildirilib ki, yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

 

***

 

Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 

Yerli vaxtla saat 10:18-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

 

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.


OXŞAR XƏBƏRLƏR