Bakıda orta aylıq maaş artdı

Cəmiyyət
10:37 / 29.05.2025
2406
Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 303,2 manat təşkil edib.
Bu barədə Sfera.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda orta aylıq əmək haqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.