Baş nazir vacib QƏRAR İMZALADI


Baş nazir vacib QƏRAR İMZALADI

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi qaydasına dəyişiklik edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 

Belə ki, mövcud qanunvericiliyə əsasən, yuxarıda nəzərdə tutulan tədbirləri Sosial Xidmətlər Agentliyi həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

 

Yuxarıda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.

 

Əvvəlki il Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il fevralın 1-dək Fonda təqdim edir.

 

Yeni qərarla bu vəzifə və səlahiyyətlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də aid ediləcək.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışa verilmişdilər, üçü də Azərbaycana gətirildi

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq A...

Nazir dövriyyədən çıxarılan narkotikin həcmini açıqladı

Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb.    Sfera.az x...

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları alanların nəzərinə!

Aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat...

Azərbaycan Ermənistan və Fransaya çağırış etdi

Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir.   Sfera.az xəbər verir ki, bunu Azərba...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.  ...

Əli Əsədov iclas keçirdi- FOTO

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu gün Azərbaycanın Baş naziri, AİH-nin Müşahidə Ş...