Sabah Bakının iki rayonunda qaz olmayacaq


Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

 

Bildirilib ki, Sabunçu rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin “Sabunçu-əhali” orta təzyiqli qaz kəmərinə qoşulması, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 04.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Qeyd olunub ki, təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə 2-ci Mədən, E.Mehdiyev, İ.Aslanov, N.Baybakov, Şəhər şosesi, Y.Saratov, Y.Əliyev, Q.Musabəyov, M. Aydınbəyov, T.Bümyadov, M.İbrahimov, D.Bedniy, S.Dadaşov, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, H.Zərdabi və Zevin küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 


OXŞAR XƏBƏRLƏR

İrana qarşı növbəti hücumun vaxtı açıqlandı

İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır.     Sfera.az xəbər verir ki, bu sözləri İsrail parlamentində “İ...

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...