Azərbaycanda zəlzələ oldu

Cəmiyyət
19:10 / 08.02.2025
4775
Hacıqabulda 3.1 maqnitudada zəlzələ olub.
Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Təbiət hadisəsi Bakı vaxtı ilə 18:31-də Şirvan stansiyasından 20 kilometr şimalda qeydə alınıb.
Yeraltı təkanların ocağı 38 kilometr dərinlikdə olub.