Bakıya qar yağacaq - BU TARİXDƏ

Bakıya qar yağacaq - BU TARİXDƏ

Bu il qış ayları nisbətən mülayim keçir.

 

Yəni əvvəlki illərlə müqayisədə havanın temperaturunun normanın üzərində olduğunu görürük. Həmçinin,  qış ayları olmasına baxmayaraq, qar da yağmır. Hətta bu fəsildə havanın yağmurlu olduğu günlərin belə sayı kifayət qədər azdır.

 

Dekabr və yanvarda havanın mülayim keçməsindən sonra fevralda bizi nə gözlədiyi maraq doğurmağa başlayıb. Gələn ay bol miqdarda yağışın və hətta qarın yağıb-yağmayacağı isə maraqla gözlənilir.

 

Maraqlıdır, fevralda ölkəmizdə qar yağışı proqnozlaşdırılır?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlama verib. O bildirib ki, ötən ilin oktyabr, noyabr və hətta dekabr aylarında Azərbaycanda yağışlı havanın olduğu günlərin çox olması yaxşı idi:

 

"Lakin təəssüf ki, ölkəmizdə dekabr və yanvar aylarında qar yağışı çox az oldu. Ümid edirəm ki, məmləkətimiz fevral ayında qarı görəcək. Yəni mən gələn ay qar yağışı gözləyirəm.

 

Yanvar ayı olduqca mülayim və quraq keçdi. Bu ayda ölkə üzrə yağıntının miqdarı da az oldu. Düzdür, Bakı, Quba, Xaçmaz və bəzi bölgələrə yağıntı düşdü. Lakin Aran rayonlarımızda yağıntı çox az oldu".

 

Mütəxəssis fevral ayından gözləntilər barədə də danışıb:

 

"Ölkəmizdə fevral ayının birinci 10 günlüyündə və sonuna doğru yağıntılı hava gözlənilir. Ümid edirəm ki, elə də olacaq. Ümumiyyətlə, ölkə üzrə qarın yağması çox yaxşı olar.

 

Çünki dağlarınızda qar ehtiyatı azdır. 2024-cü ilin əvvəlində və sonunda bir qədər yağıntılı hava oldu. Lakin 2025-ci ildə arzuladığımız qədər yağıntılı hava şəraiti olmayıb. Lakin fevral ayında bunu görəcəyimiz proqnozlaşdırılır"

 


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...