Şolts Ukraynaya böyük hərbi yardımın qarşısını aldı - MƏBLƏĞ

Şolts Ukraynaya böyük hərbi yardımın qarşısını aldı - MƏBLƏĞ

Almaniya kansleri Olaf Şolts Ukraynaya 3 milyard avro dəyərində yeni hərbi yardım paketinin qarşısını alıb.

 

Sfera.az xəbər verir ki, bu haqda Almaniyanın “Der Spiegel” nəşri yazıb. Nəşr yazır ki, hərbi yardım paketini xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius hazırlayıb.

 

Paketə IRIS-T hava hücumundan müdafiə raket sistemləri, təkərli haubitsalar və artilleriya sursatlarının çatdırılması daxildir. Almaniyanın hökumət üzvləri Ukraynada vəziyyətin pisləşməsi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələrinə yardım göstərilməsinə çağırır. Onlar paketin fevralın 23-dək təsdiqlənəcəyini gözləyirlər.

 

“Der Spiegel” yazır ki, vəziyyətin ağırlaşmasına baxmayaraq, Şolts Berbok və Pistoriusun təklifini dəstəkləməyib. Məlumata görə, Almaniya hökuməti 2025-ci ildə Ukraynaya dəstək üçün təxminən 4 milyard avro ayırmağı planlaşdırır. Maraqlıdır ki, hökumət üzvləri bu yardımın 3 milyard avroluq hissəsini Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər ayrılmasında israr ediblər.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...