Bu tarixdə qar yağacaq

Bu tarixdə qar yağacaq

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən sfera.az-a bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Braziliyalı 116 yaşlı rahibə dünyanın ən yaşlı insanı oldu - FOTO

Braziliyalı rahibə rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi tanınıb.    Sfera.az bildirir ki, 1908-ci il iyunun 8-də anadan olan İnah Canabarr...

Azərbaycan–İran sərhədində NÖVBƏTİ ZƏLZƏLƏ OLDU

Azərbaycanın İranla sərhədyanı bölgəsində 3,6 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidm...

Dünyanın ən çirkli adamı 60 il duş qəbul etməməsinin faciəvi səbəbi - FOTO

İranın Dejgah kəndində yaşayan Amou Hacı 60 il sabun və sudan uzaq bir həyat yaşayıb. Onu bu qeyri-adi həyat tərzinə nə vadar etdi? Seçimdən, yoxsa daha dərin h...

AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Təhlil Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yoll...

Bütün beyin hüceyrələri eyni sürətlə qocalmır - Yeni ARAŞDIRMA

ABŞ Milli Sağlamlıq İnstitutunun araşdırması göstərib ki, beyin hüceyrələri qeyri-bərabər yaşlanır və bu proses ən sürətli hipotalamus bölgəsində baş verir.&nbs...

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...