"F1"ə görə bağlanan bu yollar əhalinin istifadəsi üçün AÇILACAQ - SİYAHI

"F1"ə görə bağlanan bu yollar əhalinin istifadəsi üçün AÇILACAQ - SİYAHI

Paytaxtda keçiriləcək növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində yarış həftəsi trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq. 

 

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Sfera.az-a verilən məlumata görə, yarış zolağının aşağıda qeyd olunan giriş və çıxış hissələri bazar ertəsi 9 sentyabr tarixindən cümə axşamı 12 sentyabr tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

 

Giriş nöqtələri:

 

Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

 

Çıxış nöqtələri:

 

Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində.
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesi istiqamətində.

 

Belə ki, 9-10-11 sentyabr tarixlərində səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq. 


12 sentyabr tarixində sözügedən yollar səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək açıq olacaq. 
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir. 

 

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilib. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Miss İsveçrə" boğularaq öldürüldü: Cəsədi hissələrə ayrılıb

38 yaşlı keçmiş model və “Miss İsveçrə” finalçısı Kristina Yoksimoviç bu il fevralın 13-də Bazel (İsveçrə) yaxınlığındakı Binningen şəhərindəki evin...

Dang qızdırmasının dəhşətli nəticələri kəşf edildi: Zehni zədələnmə riski 213%-dir

Qlobal istiləşmənin gəlişi ilə bütün dünyada bir sıra təhlükəli xəstəliklər yayılmağa başladı ki, bunlardan biri də ağcaqanadlar tərəfindən ötürülən Dang qızdır...

Üç min şəhidlə bağlı məlumat silinib?

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.   Sfera.az xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şura...

Gündə 16 min kalori qəbul edən məşhur bodibilder vəfat etdi

“Dünyanın ən dəhşətlisi” adlandırılan belaruslu bodibilder İlya Efimçik 36 yaşında vəfat edib.   Sfera.az bildirir ki, ölüm səbəbi infarkt ...

ABŞ Çinin bir sıra strukturlarına sanksiyalar tətbiq etdi

ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı avadanlıq və texnologiyanı Pakistana ötürdükləri iddiası ilə Çin qurumlarına sanksiyalar tətbiq edib.   ...

Meymun çiçəyi tüğyan edir: Peyvəndlər virusa yoluxma hallarının qarşısını alırmı?

Meymun çiçəyinin təhlükəli və inanılmaz dərəcədə yoluxucu yeni ştammı (meymun nəcisi də adlandırılır-red.) bütün dünyada yayılır. Xəstəlik alimləri bu təhlükəli...