Günay Ağamalının təbliğat-təşviqat kampaniyasına start verildi - FOTO

Günay Ağamalının təbliğat-təşviqat kampaniyasına start verildi - FOTO

09 Avqust 2024-cü ildə Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalının təbliğat-təşviqat kampaniyasına start verildi.

 

Günay Ağamalı ilk görüşünü Salyan rayonunun Qızılağac kəndində rayon ziyalıları və ağsaqqalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ilə keçirdi. 

 

Tədbirdə ilk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Görüşdə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Günay Ağamalının tərcümeyi-halı və platforması barədə məlumat verildi.


Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Salyan Rayon Komitəsinin sədri Günaydın Əhədova, Əməkdar müəllim Fərqanə Cəbrayılova, Salyan rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, tarixçi Sahib Həsənov, şəhid Kamran Dadaş oğlu Quliyevin anası Arzu xanım, rayon ziyalısı İbadət Cəfərov və şəhid atası Cahangir Qaraşov çıxış edərək sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizəd Günay Ağamalını dəstəkləyərək ona səs verəcəklərini bildirdilər.

 

Öncə G.Ağamalı öna göstərilən dəstəyə görə seçicilərə təşəkkürünü bildirdi. O, Salyanın dövlətimizə, xalqımıza, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqətli insanların məkanı olduğunu önə çəkdi.

 

 “Həm də fəaliyyətimin başlıca təməl prinsipləri Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsidir. Bu siyasi irs, bu siyasi kurs alternativi olmayan müqəddəs bir yoldur, biz bu yolun davamçılarıyıq”,- deyə G. Ağamalı qeyd etdi.


G.Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmasının onda böyük fəxr və qürur hissi yaratdığını bildirib. O, Salyanın görkəmli mütəfəkkirlər, elm, mədəniyyət və ədəbiyyat nümayəndələrinin Vətəni olduğunu söyləyib: “Bu gün qürurla qeyd edə bilərik ki, Salyan damarında türk qanı axan istiqlal şairimiz Xəlil Rza Ulutürk, böyük mütəfəkkir Əli bəy Hüseynzadə, dahi bəstəkarımız Arif Məlikov və digər görkəmli şəxsiyyətlər yetişdirib”. 
Günay Ağamalı təmsil etdiyi partiyanın və seçicilərin etimadını doğrultmaq üçün səylə çalışacağını vurğuladı: “Çalışacağam ki, sizin səsiniz olum, sizin sözünüz olum, sizin haqqınız olum, sizin hüquqlarınızın müdafiəçisi olum”.

 

Deputatlığa namizəd Günay Ağamalı seçiciləri maraqlandıran sualları cavablandırdı. Görüşdə 470-dən çox seçici iştirak etdi.

 

Günay Ağamalı seçicilərlə görüşlərini davam etdirir.

 


OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cən...

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası üzrə  2025-ci il 4 iyul tarixli plenar iclası keçirilir.    Sfera.az xəbər verir ki, spiker Sah...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pak...

Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"na yeni baş məşqci təyin edilib.   Sfera.az xəbər verir ki, manset.az-ın məl...

Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, uşaq yaşlarını yada salan mü...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...