Azərbaycanda mobil telefonla danışıq azalır - RƏQƏMLƏR

Azərbaycanda mobil telefonla danışıq azalır - RƏQƏMLƏR

Azərbaycanda mobil telefonla danışığın həcmi ilbəil azalır. 


Sfera.az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu hal 2021-ci ildən müşahidə olunur. Həmin tarixdən başlayaraq mobil telefonla ölkə daxilində danışığın trafikinin həcmi sürətlə azalır.


2021-ci ildə ölkədaxili mobil telefon trafiki 19,73 milyard dəqiqə olduğu halda, 2022-ci ildə 18,1 milyard dəqiqə, ötən il isə 15,445 milyard dəqiqə olub. 


Eyni hal mobil telefonla beynəlxalq danışıqlarda da müşahidə edilir. Son 5 ildə beynəlxalq danışıqlar təxminən 3 dəfə azalaraq 11 milyon dəqiqəyə düşüb.  


Mobil telefon rabitəsi ilə danışığın azalmasının səbəbi internet vasitəsilə danışığın artmasıdır. Xüsusən, “WhatsApp” tətbiqi vasitəsilə danışıqların artması mobil trafikin həcmini azaldıb. 


Ölkə daxilində mobil genişzolaqlı internet trafiki son 5 ildə 2,5 dəfə artaraq 0,4 exebayta (bir exebayt 1074 terabaytdır - red.) çatıb. 2019-cu ildə bu göstərici 0,16 exebayt idi. Dinamikadan görünür ki, qarşıdakı illərdə də mobil internetdən istifadə edərək danışıq aparılmasının həcmi daha da artacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...