Sabah Azərbaycanın bəzi ərazilərində qaz olmayacaq

Sabah Azərbaycanın bəzi ərazilərində qaz olmayacaq

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq.

 

Sfera.az-ın məlumatına görə, Astara XS ərazisində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayonu “Ərcivan”QPS-dən qidalanan Ərçivan qəsəbəsində ŞQTM-800 markalı tənzimləyicinin və diametri 100 mm-lik siyirtmənin quraşdırılması məqsədilə 420 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Eləcə də Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” QPS-dən qidalanan Şilim kəndində qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılmasından ötrü sabah saat 10:00-dan işlər başa çatanadək Moğonojba, Seyidəkəran, Tütəpeştə, Kənarmeşə, Şilim və Aşağı Nüvədi kəndləri olmaqla ümumilikdə 3000-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...