Birbank-dan daha bir yenilik: Metro və avtobuslarda rahat ödəmə imkanı

Birbank-dan daha bir yenilik: Metro və avtobuslarda rahat ödəmə imkanı

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, artıq ödəmə terminallarının qarşısında gözləməyə ehtiyac yoxdur. Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilərlər. 

 

Sfera.az xəbər verir ki, bunun üçün Birbank mobil tətbiqində “Ödənişlər və köçürmələr” bölməsinə daxil olaraq BakıKart-ı seçmək lazımdır. Daha sonra ödəniş ediləcək kart və məbləği seçib QR bileti yaratmaq olar. 

 

Qeyd etmək lazımdır ki, hər bir QR bilet yalnız bir gediş üçün etibarlıdır. Yaradılan biletin etibarlılıq müddəti 5 dəqiqədir. 5 dəqiqə ərzində biletdən istifadə edilmədiyi halda silinən məbləğ 2 saat ərzində müştərinin balansına geri qaytarılır. Bilet qiymətləri “BakıKart”-ın tariflərinə uyğunlaşdırılıb. Sərnişinlər marşrut xəttindən asılı olaraq gediş haqqı məbləğini dəyişə və ya bir neçə QR bilet yarada bilərlər. Yenilikdən istifadə üçün Birbank mobil tətbiqinin ən son versiyada yenilənməsi mütləqdir. 

 

Ətraflı məlumat üçün: //onelink.to/fws6tw

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc


OXŞAR XƏBƏRLƏR

Demokratların 80 faizdən çoxu Baydenin atdığı addımı TƏQDİR EDİR

ABŞ-da Demokratlar Partiyasının üzvləri arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 80 faizindən çoxu Prezident Cozef Baydenin seçkiqabağı ya...

Baydenin Kamala Harrisi namizəd etməsinin SƏBƏBLƏRİ: "Prezident yenidən seçilə bilmirsə..."

Xəbər verdiyimiz kimi, ABŞ-nin hazırkı Prezidenti Co Bayden vitse-prezident Kamala Harrisi dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb. ...

Prezidentdən Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla...

Türkiyədə fabriklərdə başlayan yanğın söndürüldü- YENİLƏNDİ - 2

Türkiyənin Bursa şəhərində fabriklərdə başlayan yanğın söndürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “Star” məlumat yayıb. &nb...

Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident "MedEra Hospital"da baş verib. Bu hospital isə dəfələrlə xoşagəlməz had...

Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit naziri ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev Cənubi Afrika Respublikasının ətraf mühit, meşə təsərrüfatı naziri Corc Dion ilə görüşüb.   Sfera.az xəbər verir k...