“Mədəniyyətə Könül Ver” - “Bizimlə öyrən” -FOTO

“Mədəniyyətə Könül Ver” - “Bizimlə öyrən” -FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində növbəti dəfə “Bizimlə öyrən”  adlı silsilə təlimlər, görüşlər və ustad dərsləri keçirilib.

 

Bu dəfə “Kreativ biznesin yaradılması”, “Düşüncənin gücü”, “Böyük səhnələrin görünməyən tərəfləri”, “Karyera planlaması”, “Hədəflərin tərtibi” və başqa mövzular diqqət mərkəzində olub. Qeyd edək ki, təlimlər fərqli peşə sahibləri tərəfindən keçirilib. 

 

“Mədəniyyətə Könül Ver” layihəsinin keçirilməsində məqsəd könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir. Bu silsilə tədbirlər gənclərin maariflənməsinə xidmət edir.

 

Layihə çərçivəsində fərqli sahələrin peşəkarları ilə görüşlər, könüllülüyün inkişafına xidmət göstərən təlimlər təşkil olunub. Təlimlər Bakı və Gəncə şəhərlərində baş tutub.


OXŞAR XƏBƏRLƏR