Leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, qərb küləyi bəzi yerlərdə arabir güclənib.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 35 mm, Şəkidə 34 mm, Zaqatalada 21 mm, Balakəndə 10 mm, Oğuzda 8 mm, Daşkəsəndə 7 mm, Gədəbəydə 6 mm, Göygöl, Şəmkir, Qrız, Şahbuz, Gəncədə 5 mm-dək olub.

 

İyunun 25-i saat 17:11 radələrində Qobustan rayonu Sündü kəndinə diametri 15 mm, iyunun 26-sı saat 08:24 radələrində Şirvan rayonuna 4 mm, saat 06:04-06:06 radələrində Zaqatala rayonuna 6 mm, saat 08:29 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinə 8 mm, Oğuz rayon Xaçmaz və Xaçmazqışlaq kəndləri ərazisinə isə gecə saatlarında diametri 5 mm olan dolu düşüb.

 

İyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcə isti olub.


OXŞAR XƏBƏRLƏR

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...

"Anadolu Ankası-2025" təlimləri başladı

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("...