Küləkli hava şəraiti ilə bağlı - Sarı xəbərdarlıq

17:18 / 23.06.2024
6546
İyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.