Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali 2023-cü ildə də çörək və çörək məhsullarının istehlakını azaldıb. 


Azərbaycan əhalisi adambaşına düşən istehlak miqdarına görə dünyada ən çox çörək istehlak edən xalqlardan biridir. Rəsmi statistik müayinələrə əsasən, əhalinin adambaşına illik çörək istehlakı daha 610 qram azalaraq 133,16 kq olub. 


Çörək istehlakında azalma dinamikası 2009-cu ildən müşahidə edilir. 2008-ci ildə adambaşına çörək istehlakı 157 kq-a yaxın olub. 


Əhali son illərdə süd və süd məhsullarının da istehlakını azaldır. Bu dinamika 2023-cü ildə də müşahidə olunub. Ötən il ərzində süd və süd məhsullarının istehlak miqdarı 3 kq azalaraq 248,7 kq təşkil edib. 


Müqayisə üçün bildirək ki, 2021-ci ildə Azərbaycan əhalisi hər il adambaşına 294,4 kq süd və süd məhsulları istehlak edirdi. Çörək və süd məhsullarının istehlakında azalma davam etsə də, son illərdə meyvə və tərəvəz istehlakı artır. Ötən il tərəvəz istehlakı bir qədər artaraq 112,2 kq-a, meyvə istehlakı isə 84,4 kq-a çatıb. 2001-ci illə müqayisə etdikdə görürük ki, Azərbaycanda adambaşına tərəvəz və meyvə istehlakı xeyli artıb. Həmin ildə tərəvəz istehlakı 63 kq, meyvə istehlakı isə 37 kq idi. Ötən müddətdə tərəvəz istehlakı 1,78 dəfə, meyvə istehlakı isə 2,27 dəfə artıb. 


İnsan üçün ən mühüm qida məhsullarından biri ət və ət məhsullarıdır. 2023-cü ildə ət istehlakında 0,62 kq artım baş verib və illik adambaşına düşən istehlak miqdarı 35,9 kq olub. 2001-ci ildə Azərbaycan əhalisi adambaşına cəmi 21 kq ət istehlak edə bilirdi. 


Digər qida məhsullarından kartof il ərzində 77,6 kq, balıq və balıq məhsulları 7,8 kq, yumurta 162 ədəd, qənd və qənnadı məmulatları 31,14 kq, yağ istehlakı isə 10,9 kq olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Laos Prezidenti Rusiyaya SƏFƏR EDƏCƏK

Laos Prezidenti Thonqlun Sisulit mayın 7-dən 11-dək Rusiyada səfərdə olacaq.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Laosun Xarici İşlə...

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

BP Sumqayıt Dövlət Universitetində yeni magistr proqramına start verdi

Sumqayıt Dövlət Universitetində (SDU) kimya mühəndisliyi üzrə yeni magistr proqramının yaradılması üçün təhsil layihəsinə başlayıb.   Sfera.az x...

Bakıda toydan çıxan qadınları avtomobil vurdu: ÖLƏN VAR - VİDEO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəs...

Xalq artisti: "Mənə səhnənin canavarı deyirlər”

Xalq artisti Gülyanaq Məmmədova növbəti açıqlamasıyla diqqət çəkib.   Sfera.az xəbər verir ki, verilişlərin birində sənətçi səhnənin canavarı ad...

Azərbaycanda toyuq əti bahalaşacaq?- “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Türkiyədə quş ətinin qiymətinin artması ixraca qadağa ilə müşahidə edilir. Ekspertlər bildirirlər ki, məlum proseslərin Azərbaycanda yaşanması ehtimalı azdır. A...