Zaqatalada zəhərlənənlərin VƏZİYYƏTİ NECƏDİR? - VİDEO

Zaqatalada zəhərlənənlərin VƏZİYYƏTİ NECƏDİR? - VİDEO

Zaqatalada 2 qohum pomidor turşusundan zəhərlənib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 25 yaşlı Mollahacı Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Bu gün isə 61 yaşlı Murad Ramazanov eyni əlamətlərlə xəstəxanaya müraciət edib. Onun da ötən gün qohumu Mollahacı Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub. Xəstə öncə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra o da paytaxta, Toksikologiya Mərkəzinə təxliyə edilib.

 

Xəstə yaxınlarının məlumatına görə, ümumilikdə pomidor turşusundan 8 nəfər yeyib, digər 6 nəfərin vəziyyətləri yaxşıdır.

 

Ailənin digər üzvləri də tibb müəssisəsində yoxlamadan kiçib.

 

Hadisənin həqiqətən də qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 


OXŞAR XƏBƏRLƏR

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Mayın 21-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &n...

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.   Sfera.az xəbə...

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İçində İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğraması nəticəsində bütün sərnişinlərin həyatlarını itirməsi "helikopterlə səyahət&n...

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.  ...

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında dünyasını dəyişməsindən sonra çoxlu suallar meydana çıxıb. Həmin suallardan biri də İbrahim Rəisinin səfər...

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Daha bir yolayrıcında sıxlıq azalıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib....