AZAL-ın bəzi reyslərinin uçuşu gecikir

11:13 / 14.04.2024
2219
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, həmin reyslər aşağıdakılardır:
İslamabad-Bakı (J2 5144)
Dammam-Bakı (J2 8210)
Dehli-Bakı (J2 058)
Dubay-Bakı (J2 016)
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.