Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarını ZİYARƏT ETDİ - FOTO

Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarını ZİYARƏT ETDİ - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

 

Sfera.az xəbər verir ki, Gununsesi.info-ya açıqlamasında Yalçın Topçu Rəsulzadə haqqında yüksək fikirlər səsləndirib.

 

"Müsəlman dünyasının ilk demokratik respublikası sayılan və 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdim.

 

“Bir kərə yüksələn bayraq bir daha enməz” deyimi Can Azərbaycan başda olmaqla bütün türk zadəganlarının istiqlal hədəfinin şüarına çevrilib.

 

30 ildən artıqdır ki, BMT-nin qətnamələrinə baxmayaraq, Qarabağ işğalda idi. İlham Əliyev Qarabağı erməni işğalından azad edən Vətən Müharibəsi qalibi kimi tarixə düşdü.

 

Can Azərbaycan bu gün yüksək liderliyi ilə regionda və dünyada sabitliyin, firavanlığın, sülhün ünvanı olmaqla, müasir, güclü, hörmətli, müstəqil dövlətdir.

 

Azərbaycanımızın yetişdirdiyi türk dünyasının böyük oğlu atamız Rəsulzadənin Ankara-Əsri qəbiristanlığında məzarını bərpa edən Azərbaycanımızın Türkiyədəki səfiri qardaşım Reşad Məmmədova təşəkkürümü bildirirəm", - o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...