Azərbaycanın ən kasıb bələdiyyələri – ADLAR

Azərbaycanın ən kasıb bələdiyyələri – ADLAR

Azərbaycanda bələdiyyələr gəlirinə görə bir-birindən kəskin şəkildə fərqlənirlər. Elə bələdiyyələr var ki, onlar il ərzində bir neçə yüz min manat gəlirə sahib olduğu halda, bəzi bələdiyyələrin gəliri ən yaxşı halda 5-10 min manat olur.


 
Sfera.az
xəbər verir ki, gəliri az olan bələdiyyələrə Azərbaycanın bütün regionlarında rast gəlmək mümkündür. Belə bələdiyyələr həm paytaxta yaxın, həm də paytaxtdan uzaqda yerləşən əyalətlərdə mövcuddur. 

 

Bakıya yaxın əyalətlərdən Qobustan rayonunda bir bələdiyyənin ortaillik gəliri 5-6 min manat olub. 

 

Aşağı büdcəyə sahib olan bələdiyyələrə Lerik, Yardımlı, Daşkəsən, Füzuli rayonlarında da rast gəlinir. Lerik və Yardımlıda fəaliyyət göstətən bələdiyyələr daha acınacaqlı vəziyyətdədir. Lerikdə bir bələdiyyə il ərzində orta hesabla 2 137 manat gəlir əldə edib. Yardımlıda da eyni vəziyyətdir. Yardımlı bələdiyyələrinin illik orta gəliri 3 230 manat olub. 

 

Daşkəsəndə bir bələdiyyənin gəliri orta hesabla 5 630 manat, Füzulidə isə 6 258 manat təşkil edib. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...