Lerikə 23 mm-dək yağış yağdı - FAKTİKİ HAVA

Lerikə 23 mm-dək yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 12-si saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 12 sm olub.

 

Düşən yağıntının miqdarı Lerikdə 23 mm, Yardımlı, Şəkidə 18 mm, Astarada 9 mm, Lənkəranda 8 mm, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 mm-dək olub.

 

Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-da 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.


OXŞAR XƏBƏRLƏR

Məşhur çinli milyarder ABŞ-da mühakimə olunacaq - FOTO

Bu gün Manhetten Federal Məhkəməsində məşhur çinli milyarder Quo Venguinin məhkəməsi başlayıb.    Quo Çinin ən zəngin insanlarından biri və Peki...

"Beşiktaş" Türkiyə Kubokunun sahibi oldu

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub.   Sfera.az xəbər verir ki, “Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında &ldqu...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

"Real Madrid" Forbes jurnalına görə 2024-cü ildə dünyanın ən dəyərli futbol klubu olub.   Sfera.az xəbər verir ki, ispan komandasının təxmini...

84 yaşlı qadın 38 yaşlı həyat yoldaşını boşama səbəbini AÇIQLADI - FOTOLAR

38 yaşlı misirli sevgilisi ilə evlənən Böyük Britaniyanın Somerset şəhərindən olan 84 yaşlı İris (Ayris) Cons nənə insanları tanışlıq saytlarında fırıldaqçılard...

Rəisinin helikopterinə atəş açılıb? - RƏSMİ NƏTİCƏ AÇIQLANDI

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.  ...

Daxili gözəllik yarışması: 5 min iştirakçı arasından ən daxili gözəl qadın seçildi

Belçikada daxili gözəllik yarışması keçirilib. Yarışmanın qalibi 5 min iştirakçı arasından seçilib.    Sfera.az bildirir ki, daxili gözəllik və ...