İkinci ərindən boşanmaq istəyən Naibə Allahverdiyeva: "Peşmanam, razı deyiləm, bunu özü də...
"İkinci dəfə ailə qurmağımdan razı deyiləm. Mən "ağı qaradan ayıra bilmədim"... Həyat yoldaşım da mənim razı olmadığımı bilir. Bu barədə də ona dəfələrlə demişəm. Mən heç bilmirəm, həyat yoldaşım məni istəyir, yoxsa yox. İstək hərəkətlər və əməllərlə məlum olmalıdır".
Sfera.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.
Aktrisa ikinci həyat yoldaşı Yusif bəylə münasibətlərindən söz açıb. Naibə bildirib ki, dəfələrlə ikinci ərindən boşanmaq istəsə də, qarşı tərəf buna imkan verməyib:
"Kişi qaya, qadın isə dənizin dalğasıdır. Vurur özünü qayaya... Qaya isə dik durur. Əks cinsin nümayyəndələri düşünürlər ki, qadınlar hər zaman narazıdırlar. Amma mən narazı deyiləm. Mən "Hər şey var, amma bu, narazıdır" düşüncəsində əsla deyiləm. Ümumiyyətlə, heç nə yoxdur. Dəfələrlə boşanmaq istəmişəm. Amma həyat yoldaşım məndən əl çəkmir. Yenə deyirəm istəmək sözdə yox, əməldə olmalıdır. Bəzən kişilər qadınlara "sevgi" sözünü belə qıymırlar. Mən şıltaq deyiləm. Küsəyənəm...
Mən insanam axı... Bəlkə də, mənim kimi qadınlar çox azdır. Bu 8 illik evliliyin 3 ilini təkcə sevgi içində yaşamışam. Çox şeylər oldu. Kaprizli insan deyiləm. Çox təmizkaram. Çox şey tələb edən qadın deyiləm. Belə qadını hansı kişi əldən buraxmaq istəyər? Qalmaqal yaradan qadın deyiləm. Bu qədər teatrda işləmişəm, amma indiyə kimi heç kimin xətrinə dəyməmişəm".
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyeva ilə ikinci həyat yoldaşı Yusif bəy arasında söz-söhbət yaranıb və aktrisa ondan ayrılmaq istəyib.
"Bizimləsən" ictimai-sosial proqramında cütlüyün ailə dramı müzakirəyə çıxarılıb. Naibənin əri verilişin canlı efirinə zəng edərək, qarşı tərəfin onu bağışlamasını istəyib. Allahverdiyeva verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib.