“Qaçqınkom”un departament direktoru bu əməlinə görə CƏRİMƏLƏNDİ

“Qaçqınkom”un departament direktoru bu əməlinə görə CƏRİMƏLƏNDİ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib.

 

Sfera.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

 

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

 

192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

 

Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Aynurə Sadıqovanın icraatındadır.

 

Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. ("Qaynarinfo")


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...