“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə START VERİLDİ - FOTO

“MathCamp 2024” və “CyberCamp 2024” tələbə yaz düşərgələrinə START VERİLDİ - FOTO

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” tələbə təşkilatının təşkilatçılığı ilə 21-25 mart tarixlərində Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2024” və kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan tələbələr üçün keçirilən “CyberCamp 2024” tələbə yaz düşərgələrinə start verilib.

 

Sfera.az xəbər verir ki, açılış mərasimində giriş nitqi ilə çıxış edən təşkilat rəhbəri Leyla Zeynalova bu cür fəaliyyətlərdə iştirakın tələbələrin şəxsi inkişafında xüsusi rol oynamasından bəhs edib.

 

Tədbirdə iştirak edən Təhsil İnstitutunun İstedadlı şagirdlərlə iş şöbəsinin müdiri Tural Alışov gənclərə tələbəlik illərini faydalı fəaliyyətlərə qoşularaq müsbət dəyərləndirməyi tövsiyə edib.

 

Düşərgənin ilk günündə tələbələr üçün problem həll etmə, qrup daxilində uğurlu kommunikasiya, liderlik, əməkdaşlıq bacarıqlarını inkişat etdirən komanda quruculuğu oyunları oynanılıb. Növbəti günlərdə müxtəlif qrup fəaliyyətlərinə cəlb ediləcək tələbələrə ilkin təlimatlar verilib və istiqamətləndirmə işləri aparılıb. Qeyd edək ki, tələbə düşərgəsində müxtəlif ali təhsil müəssisələrini təmsil edən ümumilikdə 50 tələbə iştirak edir.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...