Bu şəxslərə oruc tutmaq OLMAZ - Həkimdən XƏBƏRDARLIQ

Bu şəxslərə oruc tutmaq OLMAZ - Həkimdən XƏBƏRDARLIQ

Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bu müddət ərzində insanları ən çox maraqlandıran sullardan biri də “Kim oruc tuta bilməz” sualıdır.

 

Bəs Ramazan bayramında kimlərə oruc tutmaq tövsiyə edilmir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan endokrinoloq Fuad Əliyev bildirib ki, oruc tutmağın bir çox faydaları olsa da bəzi xəstələr üçün ziyanlıdır.

 

"O xəstəliklərdən biri də diabet xəstəliyidir. Oruc tutanların arasında diabet xəstələrinin sayı da az deyil. Oruc tutan insanın orqanizmində köhnə hüceyrələr yenilənir. Lakin hər kəsin oruc tutmağı tövsiyə edilmir. Diabet xəstələri oruc tutan zaman onlarda ani ağırlaşmalar baş verə bilər. Oruc tutan diabet xəstələrində şəkərin aşağı düşməsi, yəni hipoqlikemiyalar müşahidə edilir. Bu, əsasən, pasientlərdə fiziki aktivlik çox olanda və normal qidalanmayanda baş verir. Bu zaman titrəmə, tərləmə, halsızlıq kimi simptomlar ortaya çıxır. Diabetli xəstələr həkim nəzarət olmadan oruc tutarlarsa bu hallarla üzləşirlər".

 

F. Əliyev qeyd edib ki, insulin vurulan xəstələr və hamilə olan diabet xəstələri ümumiyyətlə oruc tuta bilməzlər.

 

“Pəhrizi və fiziki aktivliyi tənzimlənən xəstələr yalnız həkim nəzarəti ilə oruc tuta bilərlər. Onlar da öncədən buna xüsusi hazırlaşmalıdırlar. Yəni insanlar öncədən sağlam qidalanmalıdır ki, orucluq zamanı onların orqanzmində fəsadlar yaranmasın”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...