"Bu şəxslər inzibati məsuliyyətə cəlb oluna bilər" – AÇIQLAMA

Xeyli müddətdir ki, bəzi məktəblərdə şagirdlərə qarşı bullinq hallarının artmasının şahidi oluruq. Bullinq məktəblilərə və şagirdlərə qarşı aqressiv davranışdır.

 

Bəs bullinq qanunvericilikdə necə tənzimlənir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan vəkil Sevinc Əliyeva bildirib ki, zorakılığın bu növü qanunvericilikdə ayrıca tənzimlənmir.

 

"Təhsil haqında qanunda qeyd olunub ki, şagirdləri istənilən fiziki, psixoloji zorakılıqdan qorumaq təhsilverənin borcudur. Bu şagirdlərin bullinqdən qorunması ilə bağlı maddədir. Bullinq yalnız şagirdlər tərəfindən deyil, müəllimlər və valideynlər tərəfindən də edilir. Lakin onlar arasında ən həssası şagirdlər tərəfindən ediləndir. Onun xüsusi cəhətlərindən biri də tez-tez təkrarlanmasıdır. Amma təəssüflər olsun ki, nə təhsil haqqında qanunda, nə də nümunəvi nizamnamədə icra mexanizmi göstərilməyib. Bununla bağlı sadəcə bir sıra məktəblərin özlərinin təyin etdiyi qaydalar mövcuddur”.

 

Vəkil qeyd edib ki, bullinqə məruz qalan uşaq bununla bağlı birinci məktəbin rəhbərliyinə bildirməlidir.

 

“Bullinq edən şəxslər Cinayət Məcəlləsinin 221-ci maddəsi üzrə, yəni xuliqanlığa, ictimai qaydanı kobud surətdə pozduqlarına, cəmiyyətə açıq-aşkar hörmətsizlik göstərdiklərinə, şəxslərə qarşı zor tətbiq etdiklərinə görə məsuliyyətə cəlb oluna bilərlər. Bu halların qarşısını almaq üçün şagirdlər və valideynlərlə profilaktik söhbətlər aparılmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...