Güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ!
![Güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ!](https://sfera.az/photo/orginal/2024/02/24/1708761332_780e3899-0190-33c2-ae1e-419cae427916_850-1.jpg)
Cəmiyyət
11:53 / 24.02.2024
11156
Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.