Xankəndidə 5 avtomat, 8 qumbara aşkarlanıb
![Xankəndidə 5 avtomat, 8 qumbara aşkarlanıb](https://sfera.az/photo/orginal/2024/02/24/1708755838_0b450e7e-9a6d-33d9-b87c-365caf273acc_850.jpeg)
Cəmiyyət
10:06 / 24.02.2024
8398
Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.