Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA BAŞLADI

Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA BAŞLADI

Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir.
 

Sfera.az-ın məlumatına görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və fevralın sonunda bitəcək.  Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığı qeyd olunur.
 

Mənbənin sözlərinə görə yoxlamalar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddiası ilə bağlı aparılır.
 

Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova Bizim.Media-ya açıqlamasında  “Yoxlamalar plana uyğun olaraq aparılır” cavabını verib. 
 


Hesablama Palatasından isə onlara rəsmi sorğu ilə müraciət etməyimiz istənilib. Qurumun email ünvanına rəsmi sorğu göndərsək də, hələki açıqlama verilməyib. 

 

Qeyd edək ki, idarə rəhbərinin adı əmək mübahisələləri ilə bağlı qalmaqallarda çəkilir. İddialara görə  İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürüb, işə götürülən şəxslərin təqdimatını isə onun tapşırığı ilə kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova hazırlayıb. Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.



Bundan əlavə İbrahim Əliyevin müvafiq qanunlara məhəl qoymayaraq şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə  sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər. Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fines klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir. 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...