Azərbaycanda bu kanalın yayımı DAYANDIRILACAQ

Azərbaycanda bu kanalın yayımı DAYANDIRILACAQ

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

 

Şuradan Sfera.az-a verilən məlumata görə, iclasda son günlər geniş müzakirə olunan, yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.

 

Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə "MTV" televiziya kanalının efirində 12.00–15.00 arası yayımlanan "Tarixin bir günü" proqramında həmin mövzunun işıqlandırılması zamanı "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

 

Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərini həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrıseçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

 

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş "MTV" televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək 8 saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Bu ölkənin diplomatlarının ailələri İranı TƏBRİK EDİR

İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.   Sfera.az xəbər v...

Türkiyədə iki ardıcıl zəlzələ baş verdi

12:15   Egey dənizinin Türkiyə hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat y...

İran hərbçiləri İsrail tankerini ələ keçirib: 20 nəfər girov götürüldü

Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Portuqaliya bayrağı altında Fars körfəzinə doğru üzən MSC ARIES konteyner gəmisini ələ keçirib. ...

Britaniyalı nazir istefa verdi

Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart istefa verib.  ...

Səma ilə atasının axtarışları davam edir - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Kürün Ağcəbədi rayonundan keçən hi...

Təhlükəli infeksiya 10 ildən sonra qayıtdı: ABŞ yeni dalğaya hazırlaşır

ABŞ-da beyin və onurğa beynini əhatə edən, qoruyucu qişaların iltihabına səbəb olan meningitə səbəb olan nadir bakterial xəstəlik yayılıb. Səhiyyə orqanları art...