Bakıda evləri söküləcək sakinlər bir-birindən narazı qaldılar - VİDEO

Bakıda evləri söküləcək sakinlər bir-birindən narazı qaldılar - VİDEO

Bakının Yasamal rayonunda bir qrup sakin mənzil problemi ilə üz-üzə qalıb.

 

Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, Z.Əhmədbəyov küçəsində yaşayan vətəndaşların bir qismi evlərinin sökülməsi ilə əlaqədar onlara verilən kompensasiyadan narazıdır, digər qismi isə həmin narazı qalanlardan şikayətçidir. Onlar müqavilənin tezliklə bağlanmasını, köhnə evlərinin əvəzinə yeni tikiləcək binada mənzillə təmin olunmalarını istəyirlər.

 

Bəzi sakinlər 2023-cü ilin avqust ayından müqaviləyə imza atdıqlarını desələr də, narazı sakinlər tərəfindən işin yubadılmasından gileylənirlər.

 

“Imperial Residence” şirkətinin rəhbəri Rafael Abdullayev hesablama aparılan zaman yaşayış sahələrinin ölçüsünün mövcud olandan artıq götürüldüyünü, sakinlərə bina tikilən müddət ərzində (bir il, ilyarım, iki il - razılaşma əsasında) aylıq 600 manat kirayə haqqı təklif etdiklərini deyir. Ev sahibi isə narazılıq edərək, 600 deyil, 400 manat kirayə haqqı vəd verildiyini, bu məbləğə Bakıda kirayə mənzil tapmağın mümkünsüz olduğunu bildirir.

 

Şirkət rəhbərinin sözlərinə görə, yeni bina 233 ailə üçün nəzərdə tutulub, ərazidəki 185 nəfərlə müqavilə bağlanıb, 25-i ilə bağlanmaq üzrədir, qalan 23 ailə ilə danışıqlar gedir. Həmçinin, əlavə edib ki, narazı sakinlər barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Ətraflı Baku TV-nin süjetində:

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...