“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü: Azərbaycanda vəziyyət necədir?

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü: Azərbaycanda vəziyyət necədir?

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir.

 

Sfera.az xəbər verir ki, bu əlamətdar gün 2024-cü ildə “Elmdə qadınların və qızların liderliyi, davamlılıq üçün yeni dövr” mövzusuna və “Elmi düşün... Sülhü düşün” altmövzusuna həsr olunub.

 

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən qeyd edilir.

 

BMT-nin araşdırmasına görə, iqlim dəyişikliyi nəticəsində 158 milyon qadın və qızın yoxsulluğa sürükləndiyi təxmin edilir. Bu da kişi və oğlanların ümumi sayından 16 milyon nəfər çoxdur. Qadınların və qızların lazımi resurslara və xidmətlərə çıxış imkanları daha azdır və gender əsaslı zorakılığın müxtəlif formalarına qarşı daha həssasdırlar. İqlim dəyişikliyi və təbii fəlakətlər nəticəsində köçkün düşənlərin 80 faizini qadınlar və qızlar təşkil edir. Onların təbii fəlakətdən sonra ölmə ehtimalı da 14 dəfə çoxdur.

 

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün məqsədi 2030-cu ilədək heç bir qadını elmdən kənar saxlamamaqdır. Dünya İqtisadi Forumunun hesabatına nəzər salsaq, qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində işçi qüvvəsinin yalnız 29,2 faizini təşkil edirlər. Digər sahələrdə isə bu rəqəm 49,3 faizdir. Bu göstəricilər rəhbər vəzifələr üçün 25,5 faiz, yüksək vəzifəli şəxslər üçün isə 12,4 faizə enir.

 

Dünyada 2021-ci ildən bu günə qədər qadınların elmi və texnoloji sahələrə daxil olması 18 faizdən 21 faizə yüksəlib.

 

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir - 100 faizə yaxındır. Burada qadınlarımızın və qızlarımızın payına düşən rəqəmlər isə aşağıdakı kimidir:

 

Belə ki, Azərbaycanda hər 100 təhsil alandan 47-si qadın, 53-ü isə kişidir.

 

2023-cü ilin əvvəlində peşə təhsili müəssisələrində tələbələrin cins üzrə bölgüsünə görə, 29.2 faiz qadınlar 70.8 faiz kişilərdir.

 

Ümumi təhsil müəssisələrinin tələbələrinin 46.6 faizini, peşə təhsili müəssisələrinin tələbələrinin isə 33.7 faizini qadınlar təşkil edir.2022/2023-cü tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində qadınların xüsusi çəkisi 50 faiz, kişilərin xüsusi çəkisi isə 50 faiz olmuşdur. Qadınlar əsasən humanitar və sosial, pedaqoji, səhiyyə, iqtisadiyyat və idarəetmə, mədəniyyət və inscəsənət ixtisasları üzrə təhsil alırlar.

 

Hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur. Son illərdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Artıq Azərbaycan qadını idarəedici və qərarqəbuledici instansiyalarda da təmsil olunur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...