Nazir Qırmızı Ürəklər Fondunu mükafatlandırdı

Nazir Qırmızı Ürəklər Fondunu mükafatlandırdı

Müxtəlif istiqamətlər üzrə, xüsusən də “Ətraf mühitin mühafizəsi” üzrə cəmiyyətə dəyər qatmaq missiyasını daşıyan Qırmızı Ürəklər Fondu (Red Hearts) daha bir mükafata layiq görülüb.

 

Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2023-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, eyni zamanda ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb.

 

Fond nazirlik tərəfindən “Ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq və dəstəyə görə ən yaxşı tərəfdaş” seçilib. Mükafatı Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyevaya Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.

 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bəzi şəxslərə pul kompensasiyaları veriləcək

Nazirlər Kabineti "Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və bird...

Minik və yük avtomobilləri toqquşdu: yaralılar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Kovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətənd...

Dövlət əmlaklarının qiymətləri tənzimlənməyəcək - YENİ QƏRAR

Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmət...

Zakir Həsənov Gürcüstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci ü...

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

ABŞ 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Kiyevə beş dəfə kasetli sursat tədarükünə icazə verib.   Sfera.az TASS-a istinadən xəbər verir...

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.   Sfera.az “Anadolu”ya istinadən xəbər ve...