"Gedib hələ də öldürə bilmədikləri şeytanı daşlayacaqlarsa..." - Elşad Miridən Həcc ilə bağlı AÇIQLAMA

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətlər açıqlanıb. Belə ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları, yəni 10 min AZN təşkil edir. Qiymətə həcc ərəfəsində qidalanmaq, ehramlar, kəsəcəyiniz qurbanlar isə daxil deyil.

 

Sosial şəbəkələrdə məbləğin yüksək olması müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, insanların pulunu nəyə xərclədiyinə qarışa bilmərik:

 

“Bodruma, Pattayaya, Havaiyə, Maldivlərə gedənlərə heç kim heç nə deyə bilməyəcəyi kimi həccə gedənlərə də, mən də daxil olmaqla qarışmaq ixtiyarımız yoxdur. Hər nə qədər həcdən başqa adlarını yazdığım digər yerlərə gedənlər bunu dinin əmri kimi qəbul etməsə də, qarışa bilmərik. 


Özləri bilər. Kim gedib şeytan daşlayacaqsa, bunu da özləri bilər (hələ də öldürə bilməyiblər). Kim gedib lüt bədənə iki dəsmal bağlayıb bunu ehram adlandıracaqsa, tikili heç ne geyinməyəcəksə, bunu da özləri bilər. Qayıdandan sonra özlərinə həci və həcixanım dedizdirəcəklərsə, bunu da özləri bilər yox, özləri bilir. 

 

Özüm neçə dəfə getmişəmsə, başqalarının getməyinə niyə qarışıram axı...”

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...