Bakıda duman olacaq, görmə məsafəsi məhdudlaşacaq
![Bakıda duman olacaq, görmə məsafəsi məhdudlaşacaq](https://sfera.az/photo/orginal/2024/02/12/1707727669_c4696d3e-f6ec-33b3-a916-b07e7c969ed2_850.jpg)
Cəmiyyət
12:46 / 12.02.2024
4769
Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.