"Təsadüfən “24ks.cc” yazıb axtarış etdim..." - Divarlara yazılan şüarlarla narkotiki təbliğ edirlər - DİN-dən AÇIQLAMA

Çox təəssüf ki, edilən məlumatlandırmalar, görülən tədbirlər, baş verən hadisələrə baxmayaraq,  ruhumuz belə incimədən cəmiyyətdə narkotikin təbliğatı aparılır. Belə ki, psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”, narkoşəbəkənin saytının adı paytaxtın müxtəlif ərazilərində divarlara yazılır. Bu divarlar xüsusən də, uşaqların, yeniyetmələrin təhsil aldığı məktəblərin yaxınlığı olur.

 

Sfera.az xəbər verir ki, bu barədə jurnalist Ömər Xəyyam öz Feysbuk səhifəsində paylaşım edib.

 

Onun sözlərinə görə, bu yazıları Xırdalan, Yasamal, Biləcəri, Yeni Günəşli, Qaraçuxur ərazilərində görüb:

 

“Bir çox divarlarda, fasadlarda bu cür qeydlər görmüşəm: “СК.МЕФ”, “24ks.cc”. Yəqin ki, siz də görmüsünüz. Əvvəl elə bilirdim, bu qeydlər qəzalı, yaxud plana düşmüş binalara dövlət qurumları tərəfindən yazılır, xüsusi nişandır. Təsadüfən “24ks.cc” yazıb axtarış etdim. Budur, “sintetik ölüm” cəngəlliyi! “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi” imiş. “24ks.cc” isə narkoşəbəkənin saytıdır, teleqram botuna bağlıdır”.

 

Ö.Xəyyam qeyd edib ki, bu ənənə bizə Belarusdan, Rusiyadan gəlib:

 

“Narkoşəbəkə divarlara "şüar"lar yazanlara ya havayı narkotik verir, ya da maaş. Bir az da araşdırdım, məlum oldu ki, Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan 3 nəfər həbs edilib. Məlum olub ki, naməlum şəxslər “СК.МЕФ”, “ГИКС CC” kimi narkotiki təbliğ edən şüarlar yazmaqla ərazidə narkotik vasitələrin, psixotrop maddələrin satışı, təbliği ilə məşğul imiş”.

 

Jurnalist deyib ki, bu tip yazılara adi baxsaq da, insanlara şüuraltı təsir edir:

 

“Əfsus, bu məsələdən çoxu xəbərdar deyil, çoxu hadisənin mahiyyətini ötürüb, xəbər üç ənənəvi narkokuryerin həbsi kimi oxunub. Fəqət bu ayrı mərhələdir, diqqətli olmalıyıq. Bu tip qraffiti nümunələri bir növ, neyro linqvistik proqramlaşma metodudur. Mahiyyəti ağırlığında, təfəkkürü boyda telefon işlədən, sevgiyə, qayğıya möhtac, sözün hər iki mənasında dəfələrlə sındırılmış, dəfələrlə təhqir edilmiş travmalı gəncdən ötrü, əlbəttə, bu “işarələr” xoşbəxtliyin elçisidir. Özümüzü, uşaqlarımızı, məhəlləmizi, şəhərimizi, ölkəmizi, gələcəyi qorumalıyıq”.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov şərhdə bildirib ki, məsələ nəzarətə götürülüb:

 

“Ərazi polisi məlumatlandırılıb. Tədbir görülür”.

 

Qeyd: Şəkillər dünən Yeni Günəşlidə (275 saylı məktəb tərəfdə) çəkilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...