“Ermənistanın Azərbaycana verdiyi mina xəritələri reallığı əks etdirmir” – Ekspert
Mina partlayışları, həmin partlayışlar nəticəsində yaralanan və həyatlarını itirən vətəndaşlarımızla bağlı xəbərlər intensivləşib.
Bəs mina partlayışlarından qorunmaq üçün hansı zəruri tədbirlər görülməlidir?
Mövzu iə bağlı Sfera.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildrib ki, bu, mina xəritələri mövzusunu yenidən gündəmə gətirir:
“İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi təhlükəli prosesdir. Bu həmin ərazilərdə həm hərbi, həm də humanitar təyinatlı minatəmizləmə işləri çərçivəsində həyata keçirilir. Bu işlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq minatəmizləmə qurumları, mühəndis-istehkam bölmələri tərəfindən görülür. Prosesin səmərəliliyini artırmaq və sürətləndirmək üçün azad edilən ərazilərin real mina xəritələrinə ehtiyac var. Ermənistanın verdiyi mina xəritələrinin həqiqətə uyğunluq faizi çox azdır. Ermənistan terrorçu bir dövlət olduğunu bununla bir daha sübut edib”.
Ekspert bildirib ki, burada əsas rol beynəlxalq ictimaiyyətin üzərnə düşür və beynəlxalq ictimaiyyət Ermənistana qarşı ciddi təzyiq alətlərindən istifadə etməlidir.
Ülkər Abdurahmanlı