DİM imtahan keçirəcək

DİM imtahan keçirəcək

Dekabrın 10-da doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a bildirilib ki, imtahanda 403 iddiaçı iştirak edəcək.

 

394 nəfər ingilis dili, 7 nəfər fransız dili, 2 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

 

İddiaçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

 

- imtahana buraxılış vərəqəsi.

 

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә (vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.

 

İmtahanın keçirilməsi üçün ümumilikdə 3 imtahan binası, 6 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 42 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

 

Qeyd 1. Dekabrın 10-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan dekabrın 17-də keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

 

Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

 

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 11-də keçiriləcək.

 


OXŞAR XƏBƏRLƏR

Qışqıran mumiya - Misir tarixindəki ən böyük anomaliyalardan biri

Qədim Misir dəfn yerləri haqqında düşünəndə ağlımıza əzəmət və dəbdəbə gəlir: fironlar və zadəganların mumiyalanmış qalıqları ilə bəzədilmiş sarkofaqlar. Bununl...

Qoruqdan qaçan 200 keçi şəhəri iflic edib - VİDEO

Amerikanın Arlinqton şəhərində (Texas) qeyri-adi hadisə baş verib. 200-ə yaxın keçi Kristal Kanyon Təbiət Qoruğundakı mühafizədən qaçaraq kəndin küçələri ilə gə...

İsrail müvəqqəti atəşkəslə razılaşdı

İsrail Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. ...

Hacıqabul gölü ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hökumətə təqdim edilib”.   Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya k...

“Eurovision”da siyasət izi - İslandiya Fələstinli ilə təmsil oluna bilər

Fələstinli pop müğənni Bəşər Murad may ayında keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İslandiyanı təmsil edə bilər. Sfera.az bildirir ki, ...

BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - VİDEO

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qohumu im...