Qızılcanın insanlar üçün yaratdığı təhlükə AÇIQLANDI

Qızılcanın insanlar üçün yaratdığı təhlükə AÇIQLANDI

“Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”.

 

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

 

Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”.

 

Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Amma bilməliyik ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.

 

L.Qalimova əlavə edib ki, immun sistemi zəif olan şəxslər yoluxucu xəstəliklərə tez yoluxurlar: “Yüksək risk qrupuna 5 yaşdan aşağı olan immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimya terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb. Hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər”.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir.

 

Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Qışqıran mumiya - Misir tarixindəki ən böyük anomaliyalardan biri

Qədim Misir dəfn yerləri haqqında düşünəndə ağlımıza əzəmət və dəbdəbə gəlir: fironlar və zadəganların mumiyalanmış qalıqları ilə bəzədilmiş sarkofaqlar. Bununl...

Qoruqdan qaçan 200 keçi şəhəri iflic edib - VİDEO

Amerikanın Arlinqton şəhərində (Texas) qeyri-adi hadisə baş verib. 200-ə yaxın keçi Kristal Kanyon Təbiət Qoruğundakı mühafizədən qaçaraq kəndin küçələri ilə gə...

İsrail müvəqqəti atəşkəslə razılaşdı

İsrail Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. ...

Hacıqabul gölü ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hökumətə təqdim edilib”.   Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya k...

“Eurovision”da siyasət izi - İslandiya Fələstinli ilə təmsil oluna bilər

Fələstinli pop müğənni Bəşər Murad may ayında keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İslandiyanı təmsil edə bilər. Sfera.az bildirir ki, ...

BMW ilə avtoxuliqanlıq edən şəxs “Nikosayağı”nın qohumu imiş - VİDEO

Gəncə şəhərində BMW markalı avtomobillə avtoxuliqanlıq edən sürücü sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qohumu im...