Bakıda parkda \"qız söhbəti\" - Qazini Alatavada niyə öldürdülər? + DETALLAR

Bakıda parkda \

Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Rüstəm əvvəllər tanımadığı, 1998-ci il təvəllüdlü Vüsalı (adlar şərti verilib - red.) qətlə yetirib.

 

Sfera.az teleqraf.com-a istinadən bildirir ki, Rüstəm 14 avqust 2022-ci ildə saat 22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aybənizlə aralarında olan mübahisəni həll etmək məqsədilə Bakının 3-cü Alatava yaşayış massivində, "Beton park" adlanan ərazisində görüşüb.

 

Rüstəm Aybənizi ona xəyanət etməkdə günahlandırıb. Zor tətbiq edib və Aybənizin dəyəri 250 manat olan "Realme" markalı telefonununu sındırıb, üzünə şillə vurub. Telefonla baş və çiyin nahiyələrinə zərbələr endirib, müxtəlif dərəcəli xəsarətlər yetirib.

 

Həmin vaxt yaxınlıqda olan Vüsal dostları - Camal və Xəlil ilə ilə birlikdə onlara yaxınlaşıb. Vüsal Rüstəmə narahatlıq yaratması, səs-küy salması ilə bağlı irad bildirib.

 

Aybənizin qaçdığını görən Rüstəm onun arxasınca yolun digər tərəfinə qaçıb. Vüsal və Camal da ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Rüstəmin arxasınca yüyürüb.

 

Rüstəm Vüsalın onu itələyərək vurmasını bəhanə edib, ov bıçağı ilə Vüsala çoxsaylı zərbələr yetirib. O, aldığı xəsarətlərdən vəfat edib.

 

İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanliq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aybənizlə bir yerdə yaşayıb və bir evdə qalıblar: "Elə alındı ki, mən Aybənizdən ayrılmalı oldum. Ayrılıq təxminən iki ay davam etdi. Amma arada Aybənizgilə gedib-gəlmişəm".

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün işdən çıxaraq Aybənizgilə gedib:

 

"Həmin vaxt bıçaq da üzərində olub. Aybənizin telefonuna mesaj gəldiyini gördüm. Buna görə telefonu alaraq qırdım. Bu vaxt tanımadığım şəxslər mənə yaxınlaşdı və telefonu əlimdən dartaraq almağa çalışdılar. Telefonu vermək istəmədim. Onlardan uzaqlaşdıqda Vüsal məni vurdu. Yenə onlardan uzaqlaşmaq istədim".

 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin şəxsləri tanımayıb, onlarla düşmənçiliyi olmayıb: "Mən qorxdum, yerdən qalxaraq qaçmaq istədim. Lakin alınmadı. Bıçaq daimi üzərimdə olmayıb. İşdə lazım olduğu üçün üzərimdə saxlamışam.

 

Hadisə vaxtı döyülmüşəm. İki nəfərin üzərimə gəldiklərini görmüşəm və özümü müdafiə etmək üçün vurmuşam. Bıçaqdan həmin şəxsləri qorxutmaq üçün istifadə etmişəm. Bunlar kameraya da düşüb. Mənim Vüsalı öldürmək niyyətim olmayıb".

 

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Rüstəmin atasının sözlərinə görə, hadisənin şahidi olmayıb: "Evdə olduğum vaxt mərhum oğlum Vüsal mənə zəng etdi və evə gəlmək istədiyini bildirdi. Mən də gəlməsini istədim. Oğlum subay idi, 44 günlük vətən müharibəsində iştirak etmişdi. Hadisədən sonra təqsirləndirilən şəxsin valideyinlərindən və qohumlarından heç kim bizə gəlməyib".

 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəm 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib.

 

Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılaraq ona ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

 

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətin baxılması mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim olunub. Ərizədə onlar şikayətlərinin geri götürülməsini istəyiblər.

 

Bu səbəbdən hakimlər şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul ediblər.


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...