Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Cəmiyyət
15:35 / 11.11.2023
12801
Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Paytaxt və yarımadada noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.