Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

Ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. 

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

 

Noyabrın 10-u saat 10:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.  

 

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. 

 

Belə ki, Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

 

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.


OXŞAR XƏBƏRLƏR