"Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım" - "Təhminə"

“Azərbaycanla bağlı xəbərləri böyük həyəcanla internet saytlarından izləyirəm. Bilirəm ki, ölkəniz, əsgərləriniz bəzi əraziləri yenidən işğaldan azad edib. Buna görə çox sevindim. Şəhidlərinizə görə çox üzüldüm. İnşallah ki, bir daha belə acılar yaşamazsınız. Azərbaycan mənim də vətənimdir”.

 

Sfera.az xəbər verir ki, bunu Moderator.az-a “Təhminə” filminin baş qəhrəmanı, məşhur türkiyəli aktrisa Meral Konrat deyib. O daha sonra əlavə edib.

 

“Türkiyədən filmə də, seriala da dəvət almışam. Hələ ki düşünürəm çəkilim, yoxsa yox?! Hər rolda çəkilə bilmərəm. Çəkilsəydim, indiyə qədər çox rollara dəvət almışam, çəkilərdim. Çəkiləcəyim rol məni duyğulandırmalıdır. Tamaşaçıya həmin obraz vasitəsilə bir mesaj ötürmək lazımdır. Çəkilmək xatirinə çəkilmək istəmirəm”,  - aktrisa bildirib.

Meral Konrat ölkəmizdə “Elçilik” filminə çəkildiyini də qeyd edib:

 

“Bu, komediya filmi idi. İlk dəfə idi ki, komediya filmində rol alırdım. Çox gözəl kollektivlə birgə bu filmi ərsəyə gətirdik. Bilirəm ki, ötən il kinoteatrlarda ən çox baxılan filmlərdən biri oldu. Azərbaycandan daha bir təklif almışam. Onu da düşünürəm. 30 ildir ki, sizin sevginiz ilə yaşayıram. Özümə qarşı sizdən böyük sevgi görürəm”.

M.Konrat “Təhminə” filmindən də danışıb:

 

“ “Təhminə” filmi çəkiləndə mən artıq Türkiyədə tanınmış aktrisa idim. Mənə çox dəvətlər gəlirdi. “Təhminə” filminin qalası Bakıda olmuşdu. Rasim Ocaqov mənim üçün İstanbulda filmin qalasını təşkil etdi. Düşünürdüm ki, türk tamaşaçılar Azərbaycanda çəkildiyim filmə gəlib baxacaqlar? Böyük bir izdiham yaşandı. Oturacaq yer də yox idi. Hətta oturacaq tapmayıb yerdə oturmuşdular. Hər kəs ayaq üstə məni alqışlayırdı. Öz filmimin qala gecəsində hönkürtü ilə ağladım”.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...