İş adamı Səhliyalı Bəşirov jurnalist Şəfiqə Nazimqızının müalicəsi üçün 5000 manat ianə etdi - FOTO

İş adamı Səhliyalı Bəşirov jurnalist Şəfiqə Nazimqızının müalicəsi üçün 5000 manat ianə etdi - FOTO

“Səhliyalı” şirkətinin təsisçisi, mərhum Vahid Bəşirovun oğlu Səhliyalı Bəşirov jurnalist Şəfiqə Nazimqızının müalicəsi üçün 5000 manat ianə edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Səhliyalı” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Mustafayev sosial media hesabında paylaşım edib. 

 

İ. Mustafayev qeyd edib ki, Səhliyalı Bəşirov yenicə ana olan jurnalistin səhhəti barədə sosial şəbəkədən, onun dostlarının paylaşımlarından məlumat toplayıb və 5000 manat maddi dəstəyin göstərilməsi barədə qərar verib. 

 

Xatırladaq ki, gənc iş adamı bundan əvvəl Xalq artisti Ənvər Həsənovun müalicə xərclərinə də öz maddi dəstəyini göstərmişdi. 

 

Onu da qeyd edək ki, “Səhliyalı” şirkəti mütəmadi olaraq əhalinin aztəminatlı təbəqəsi üçün yardım kampaniyaları həyata keçirir.

 

Şirkət istehlakçılar arasında daha çox “Min Bərəkət, Halal Nemət” brendi ilə tanınır.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

ABŞ Ukraynaya maliyyə yardımını dayandırır? – Baydendən AÇIQLAMA

Son zamanlar Ukraynaya ayrılan maddi yardımların dayandırılacağı barədə müzakirələr aktuallaşıb. Bu baxımdan, ABŞ-nin Kiyevə dəstəyini dayandırması ehtimalı dün...

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam b...

Bir görüşün əks-sədası: Nazir nə qədər adil olsa da...

Əbülfəz Qarayevin nazir olduğu dövrdə, Milli Kino günü ilə bağlı keçirilən tədbirdə bir qrup kino adamına  mükafat verilirdi. Heç yadımdan çıxmaz, mükafatç...

Şenol Günəş AFFA-dan təklif aldığını TƏSDİQLƏDİ: “Oturub danışacağıq”

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.   Sfera.az xəbər verir ki, tanı...

Azərbaycanda növbədənkənar seçki niyə elan edildi? 

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.   Prins...

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq".    Sfera.az xəbər verir k...