Kapital Bank–ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutub

Kapital Bank–ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutub

Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank “SUP.VC” şirkəti ilə birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı unikal tədbirlərə start verib. İl sonunadək 6 tədbiri əhatə edəcək layihənin “Data Talks” formatında olan ilk tədbiri yekunlaşdı.

 

Tədbiri çıxış sözü ilə Kapital Bank-ın Data Menecment İdarəsinin Data Transformasiyası Ekspert Mərkəzinin lideri Renad Cəfərov açdı. O, çıxışında bildirdi ki, “Kapital Bank uzun müddət öncə data transformasiya prosesinə başladı və uğurlu bir yol keçdi. Bunun üçün beynəlxalq təcrübə öyrənildi, peşəkar mütəxəssislər cəlb olundu. Data transformasiya layihəsi banka data əsaslı qərarlar qəbul etmək mədəniyyəti və mühiti gətirdi. Eyni zamanda biz dataların düzgün toplanması, analizi, idarəsini həyata keçirməklə data kirliliyinin qarşısını aldıq. Müasir dövrün ən vacib məqamlarından olan data təhlükəsizliyini uğurla təmin etdik. Kapital Bank olaraq beynəlxalq və yerli ekspertlərin bizə qazandırdığı təcrübəni bu sahədə uğur qazanmaq istəyən şəxslərlə bölüşməyə hazır və açığıq. Hazırda bu sahədə müxtəlif vakansiyalar da elan etmişik. Siz də bizə qoşulun əmin olun ki, bizimlə birgə yaşayacağınız təcrübə sizə çox böyük dəyər qatacaq”.

 

Tədbirin eksperti yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi mövzusunda 20 ildən çox təcrübəyə sahib, “Oracle” şirkəti tərəfindən “Oracle ACE Director” mükafatına layiq görülmüş mütəxəssis Kamran Ağayev oldu. Onun təqdimatında yüksək dayanıqlı məlumat bazalarının yaradılması və idarə edilməsi, bu bazaların qurulması, eləcədə yaranacaq problemlər zamanı həll yolları müzakirə edildi.

 

Tədbirə verilənlər bazasının peşəkarları və bu sahəyə maraq göstərən 100 dən çox iştirakçı qoşuldu. Görüş onlara böyük məlumatların (“big data”) yerləşdirilməsi və idarə olunması sahəsində yeni biliklərlə yanaşı təcrübə mübadiləsi, yeni əlaqələr və tanışlıq imkanı qazandırdı.

 

İl sonuna qədər layihə çərçivəsində daha 5 tədbir baş tutacaq. “Data workshop”, “Data panel” formatında olacaq növbəti tədbirlərdə yerli mütəxəssislərlə yanaşı Özer Günal və Bora Sezen kimi beynəlxalq ekspertlər də iştirak edəcəklər.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...