Şəhid Fərid Nadirovun növbəti ad günü məzarı önündə qeyd olundu - FOTO

Şəhid Fərid Nadirovun növbəti ad günü məzarı önündə qeyd olundu - FOTO

44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nadirov Fərid İlyas oğlunun ad günü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.

 

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Mərasimdə çıxış edənlər şəhid Fərid Nadirovun qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Fərid Nadirov 21.09.2000-ci il tarixdə Göyçay rayonu Üngütlü kəndində anadan olub. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılıb. 28 noyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına  şəhid olub.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.   Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və i...

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsa...

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - VİDEO

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki...