Bu ərazilərin rezidentləri üçün vergi ilə bağlı güzəşt varmı?

Bu ərazilərin rezidentləri üçün vergi ilə bağlı güzəşt varmı?

İşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisə bu ərazilərdə ictimai iaşə xidmətləri göstərdiyi halda mənfəət vergisi bəyannaməsini və ya digər vergi hesabatlarını təqdim etməlidirmi?

 

Bununla bağlı Dövlət Vergi Xidmətindən Sfera.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim etməlidir. İşğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergiödəyiciləri vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim olunmalıdır.

 

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə, maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...