Rüsumun azaldılması mobil telefon qiymətlərinə necə təsir edəcək? - Deputat AÇIQLADI 

Rüsumun azaldılması mobil telefon qiymətlərinə necə təsir edəcək? - Deputat AÇIQLADI 

Məlum olduğu kimi, “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi 15 sentyabr tarixində Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Dəyişikliklərə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə, tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur. 

 

Eyni zamanda, yeni nümayiş olunmuş “İphone 15” modeli də diqqət mərkəzindədir. "İPhone 15" və "iPhone 15 Plus" modellərinin satışlarına 22 sentyabr tarixində start veriləcək. "iPhone 15"in qiyməti 799$-dan, "iPhone 15 Plus" 899$-dan,  "iPhone 15 Pro" 999$-dan, "iPhone 15 Pro Max"ın qiyməti isə 1199$-dan başlayacaq. Ölkəmizdə isə qiymətlərin necə olacağı hələ ki bəlli deyil. 

 

Bəs telefon rüsumlarının azalması mobil telefonların alış qiymətinə təsir edəcəkmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib ki, mobil telefon satışlarında qiymətlərin azalması müşahidə edilə bilər:

 

“Xərclərdə azalmanın olması iqtisadi baxımdan qiymətlərə də təsir etməlidir. Hər halda qiymətə necə təsir edəcəyini monitorinqlər sayəsində müşahidə etmək olacaq”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...